ABŞ Prezidenti Donald Tramp dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubionu 2028-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib.
Bu barədə Tramp noyabrın 6-da CBS News telekanalına verdiyi müsahibədə bildirib.
ABŞ liderindən növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub.
“Ola bilər, amma mütləq deyil. Bizim çox güclü namizədlərimiz var. Əla münasibətlərimin olduğu çox sayda insan var”, – Tramp cavab verib.
Prezidentdən vitse-prezident Cey Di Vensdən başqa kimləri mümkün namizəd hesab etdiyi soruşulduqda o, Marko Rubionun adını çəkib.
“Məncə, Marko möhtəşəmdir. Amma başqaları da çoxdur və onların adlarını çəkməməyi üstün tutardım. Bir neçə senator var ki, onlar da olduqca yaxşıdırlar”, – Tramp bildirib.
ABŞ Prezidenti seçki prosesinə müdaxilə edib-etməyəcəyi barədə hələ qərar vermədiyini vurğulayıb.
“Ola bilsin, müdaxilə edim, bəlkə də yox. Bəlkə də qarışmamağım daha yaxşı olar. Düşünürəm ki, bunu etsəm, böyük təsiri olacaq. Çünki mənim dəstəyim həmişə böyük əhəmiyyət daşıyıb”, – o əlavə edib.