Bakı-Quba yolunda iki avtomobil toqquşub, ölən var

Bakı-Quba yolunda iki avtomobil toqquşub, ölən var
# 15 avqust 2015 10:45 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bu gün Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı nəqliyyat vasitəsi ilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR