Beyləqanda 3 yaşlı uşağın əli ət maşınında qalıb

Beyləqanda 3 yaşlı uşağın əli ət maşınında qalıb
# 09 sentyabr 2015 17:10 (UTC +04:00)

Beyləqan - APA. Beyləqan rayonunun Şərq qəsəbəsində yaşayan Mehdiyev Həmzə İbrahimxəlil oğlunun əli ət maşınında qalıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 2012-cil il təvəllüdlü H. Mehdiyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin xilasedici qrupu çağırılıb.

Hazırda uşaq əməliyyat masasındadır. Sol əlin iki barmağının kəsilmə ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR