İraqda iki avtomobilin partladılması nəticəsində 20-dən çox hərbçi həlak olub

İraqda iki avtomobilin partladılması nəticəsində 20-dən çox hərbçi həlak olub
# 24 iyul 2015 23:58 (UTC +04:00)

Bakı-APA. İraqda hərbi obyektlərin yaxınlığında iki avtomobilin partladılması nəticəsində azı 21 hərbçi həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusunun nümayəndəsi bildirib.

Məlumata görə, terrorçu-kamikadzelər tərəfindən idarə olunan iki avtomobil Əl Faluca şəhərinin yaxınlığında hərbçilərin blok-postlarına çırpılıb.

Partlayışlar nəticəsində İraq ordusunun və könüllülər dəstəsinin döyüşçüləri həlak olub, 24 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

İyulun 22-də Əl Faluca şəhərinin yaxınlığında törədilən analoji terror aktları nəticəsində 22 hərbçi həlak olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR