Lavrov Kerri ilə Ukraynanı müzakirə edib

Lavrov Kerri ilə Ukraynanı müzakirə edib
# 19 iyul 2015 02:50 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN mətbuat xidmətinin məlumatında bildirilir.

“Suriya ətrafında vəziyyət və Ukraynada böhranın nizamlanmasına dair Minsk razılaşmasının icrası daxil olmaqla bir neçə beynəlxalq məsələlər müzakirə olunub”, deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR