Ağcabədidə minik maşını ilə yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Ağcabədidə minik maşını ilə yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb
# 11 sentyabr 2015 14:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağcabədi rayonunda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonu Bəhrəmtəpə-Mingəçevir yolunun 109-cu kilometrliyində vətəndaşa məxsus VAZ markalı minik avtomobili və MAZ markalı yük avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü bədən xəsarətləri alıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən vətəndaş çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR