Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq
# 16 iyul 2018 09:43 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda rənglənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi bu gecə saat 23:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR