Azərbaycan neft məhsullarının istehsalını 14%-dən çox artıb

Azərbaycan neft məhsullarının istehsalını 14%-dən çox artıb
# 12 iyun 2015 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 1062,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 14,3% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin beş ayında ölkədə 525,6 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 18,9% çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 90,8 min ton məhsul ehtiyatı yaranıb.

Ötən beş ay ərzində ölkədə 1 347,0 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin beş ayı ilə müqayisədə 20,7% çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 78,3 min ton məhsul ehtiyatı yaranıb.

Yanvar-may aylarında Azərbaycanda ağ neftin istehsalı 15,6% artıb. Belə ki, ötən aylar ərzində ölkədə 291,1 min ton ağ neft istehsal olunub ki, bu ilin iyunun 1-nə 46,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən aylar ərzində Azərbaycanda 55,7 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 52,9% azdır. Nəticədə iyunun 1-nə 3,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin beş ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin yanvar-may ayları ilə müqayisədə 63,4% azalıb. Belə ki, 5 ərzində 7,1 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin iyunun 1-nə 12,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən aylar ərzində 93,9 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 63,3% çoxdur. Nəticədə bu ilin iyun 1-nə 2,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən beş ay ərzində Azərbaycanda 2,0 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 98,0% azalma deməkdir. Nəticədə bu ilin iyun ayının 1-nə 1,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il həmçinin Azərbaycanda yanacaq qazoylunun istehsalı 3,5 dəfə artıb. Belə ki, bu ilin yanvar-may aylarında ölkədə 415,6 min ton yanacaq qazoylu istehsal edilib ki, nəticədə də bu ilin iyunun 1-nə 7,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR