Şəkidə 44 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb

Şəkidə 44 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb
# 24 iyul 2015 22:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 44 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini 1971-ci il təvəllüdlü Vaqif Sani oğlu Mustafazadə şəhərin 30-cu rayon Musabəyev 13 ünvanında iş görən zaman onu elektrik cərəyanı vurub. Hadisə nəticəsində ağır elektroşok travması alan 44 yaşlı Vaqif Mustafazadə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan bir qədər sonra ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR