Bank Of Baku

Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə edib

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 31 iyul 2026 16:59 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İspaniyanın Seuta eksklavında yaranmış miqrant böhranını ABŞ-ın mümkün gələcək vəziyyəti ilə müqayisə edib.

APA xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Bu, dəhşətlidir. Bu mənzərəni yadda saxlayın. Əgər hakimiyyətə düzgün insanlar gəlməsə, üç ildən sonra ABŞ-da da eyni vəziyyət yaşanacaq. Demokratlar qalib gəlsələr, sizi yaxşı həyat gözləmir", – deyə Tramp bildirib.

Qeyd edək ki, son günlər İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına Mərakeşdən on minlərlə qanunsuz miqrant daxil olub və bu, Avropa ölkələrində miqrasiya siyasəti ilə bağlı geniş müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR