Bank Of Baku

The Atlantic: Ukrayna Starlink-i Rusiya raket qurğularını aşkar etmək üçün istifadə etmək istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp

# 31 iyul 2026 17:35 (UTC +04:00)

Ukrayna Rusiyanın mobil ballistik raket buraxılış qurğularını aşkarlamaq və məhv etmək üçün “Starlink” sistemindən istifadə etmək niyyətindədir.

Bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələni Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı şəxsən qaldırıb.

Məlumata əsasən, Starlink sistemi pilotsuz uçuş aparatlarının koordinasiyasını yaxşılaşdıraraq hazırda mövcud hədəfləmə vasitələri ilə vurulması çətin olan mobil ballistik raket buraxılış qurğularının müəyyən edilməsinə kömək edə bilər.

“The Atlantic” qeyd edir ki, Ukrayna PUA-ları hazırda neft emalı zavodları və sursat anbarları kimi iri stasionar hədəflərə uğurla zərbələr endirsə də, mobil raket komplekslərinin məhv edilməsi üçün bu imkanlar kifayət etmir.

Nəşrin məlumatına görə, Donald Tramp bu təklifə yekun cavab verməyib, lakin məsələni “SpaceX” şirkətinin rəhbəri İlon Maskla müzakirə edəcəyini bildirib.

Bununla yanaşı, “The Atlantic” yazır ki, Tramp Ukraynaya 300 ədəd Patriot zenit-raket kompleksinin raketlərinin verilməsi ilə bağlı təklifi də rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR