Şamaxıda 4 otaqlı, Şabranda isə 8 otaqlı ev yanıb

Şamaxıda 4 otaqlı, Şabranda isə 8 otaqlı ev yanıb
# 11 mart 2018 04:12 (UTC +04:00)

Şamaxı və Şabranda yanğın baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Meysəri kəndində ümumi sahəsi 117 m2 olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Şabran rayonunda ümumi sahəsi 270 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR