Dağıstanda atışmada 2 silahlı öldürülüb, 1 polis əməkdaşı həlak olub

Dağıstanda atışmada 2 silahlı öldürülüb, 1 polis əməkdaşı həlak olub
# 30 dekabr 2016 00:56 (UTC +04:00)

Dağıstanın Xasavyurt rayonunda atışmada iki silahlı öldürülüb, bir polis əməkdaşı həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarından bildirilib.

“VAZ 2107-də hərəkət edən naməlum şəxslər polis naryadını atəşə tutub. Cavab atəşi ilə silahlılar məhv edilib. Bir polis əməkdaşı atışma zamanı aldığı güllə yaralarından keçinib”, - deyə mənbə bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR