Baş nazirin müavini: "Qeyri-rəsmi məşğulluq "qara mühasibatlığ"ın ortaya çıxmasına zəmin yaradır"

Baş nazirin müavini: "Qeyri-rəsmi məşğulluq "qara mühasibatlığ"ın ortaya çıxmasına zəmin yaradır"
# 30 noyabr 2017 08:55 (UTC +04:00)

"Bu gün Azərbaycanda təxminən 4,9 milyon əmək qabiliyyətli insan var. Bunun təqribən 4,7 milyona nəfəri məşğuldur. Onların 1,5 milyonadək nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri kənd təsərrüfatında çalışır. Bunlardan 1,5 milyon nəfər əmək müqaviləsi bağlayan, rəsmi fəaliyyət göstərən insanlardır. Yerdə qalanlar qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olanlardır".

APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmaması ciddi sosial məsələ olaraq qarşıda durur: "Qeyri-rəsmi məşğulluq qeyri-rəsmi iqtisadiyyatın yaranması üçün çox münbit şəraitlərdən biridir. Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluqla bağlı yaranmış vəziyyətin tezliklə aradan qaldırılmasını istəyir. İkincisi, qeyri-rəsmi məşğul insanlar vergidən yayınırlar, sosial ödənişlərin həyata keçirilməsində də ciddi problemlər yaranır. Qeyri-rəsmi məşğulluq bu fəaliyyətlə məşğul olan irnsanların sosial və əmək hüquqlarının qorunmasına da problem yaradır".

Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluq qeyri-leqal məşğulluq olanda daha ciddi problemə yol açır: "Qeyri-rəsmi məşğulluq "qara mühasibatlığ"ın da ortaya çıxmasına zəmin yaradır. Dövlət Sosial Müdafiə Fonduna qanuni ödənişlərin həyata keçirilməsində problemə yol açır. Qanunvericiliyə dilən son dəyişikliyə əsasən insanların pensyia almaq hüququ Dövlət Sosial Müdafiə Fonduna işlədikləri dövr ərzində ödədikləri vəsaitlə bağlı olacaq. Belə olan halda qeyri-rəsmi məşğul olan insanlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəmirsə, pensiya almaq hüququ yaranacaq. Ona görə hökumət bu problemi tənzimləmək istəyir ki, insanlarımız gələcəkdə ağır duruma düşməsinlər. Ona görə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR