Qırğızıstanda prezident seçkiləri başa çatıb - YENİLƏNİB

Qırğızıstanda prezident seçkiləri başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 15 oktyabr 2017 16:40 (UTC +04:00)

Qırğızıstanda prezident seçkiləri başa çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştira etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb. İlkin nəticələrin seçki məntəqələrinin bağlanmasından sonra 1 saat ərzində açıqlanacağı gözlənilir.

Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir göstərəcək ciddi pozuntular qeydə almayıb.

***

saat 09.32

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Ölkə xaricində vətəndaşlar səfirlik və konsulluqlarda açılmış 37 seçki məntəqəsində səs verə biləcək. Prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri - Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR