Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub

Mingəçevirdə bayram tonqalı yanğına səbəb olub
# 12 mart 2019 20:51 (UTC +04:00)

Mingəçevirdə yeni 1-ci köçkün şəhərciyinə bitişik ərazidə yandırılan çərşənbə tonqalı böyük yanğına səbəb olub.

ONA-nın Mingəçevir müxbirinin xəbərinə görə, bayram tonqalının alovu ətraf ərazidəki qamışlığa keçib.

Yanğın böyük əraziyə yayılıb. Yanğının alovu və tüstüsü hətta şəhər mərkəzindən müşahidə edilib.

FHN-nin yanğınsöndürmə briqadaları çevik müdaxilə ilə yanğının böyüməsinə və yaşayış ərazilərinə keçməsinə imkan verməyib.

Yanğın tamam söndürülüb.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR