FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

FHN: Xaçmazda meşə zolağında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 20 sentyabr 2017 18:16 (UTC +04:00)

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

***

17:53

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR