Ermənistan və Azərbaycan XİN nazirləri gələn il sentyabrda yenə görüşəcək

Ermənistan və Azərbaycan XİN nazirləri gələn il sentyabrda yenə görüşəcək
# 07 dekabr 2017 15:46 (UTC +04:00)

“Dünən Ermənistanlı həmkarımla Vyanada keçirilən görüşümüzdə Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllinə dair müzakirələr apardıq. Görüşümüz yaxşı keçdi”.


APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, tərəflər gələn ilin sentyabr ayının ikinci yarısında yenidən görüşməyə dair razılığa gəliblər: “ Gəlin il sentyabrın ikinci yarısında regiondakı bu münaqişənin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin yollarını müzakirə etmək qərarına gəldik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR