ABŞ Şimali Koreyaya dair qətnamə layihəsini sentyabrın 11-də BMT TŞ-yə çıxarmaq niyyətindədir

ABŞ  Şimali Koreyaya dair qətnamə layihəsini sentyabrın 11-də BMT TŞ-yə çıxarmaq niyyətindədir
# 09 sentyabr 2017 10:04 (UTC +04:00)

ABŞ sentyabrın 11-də Şimali Koreyaya qarşı əlavə sanksiyanın tətbiq edilməsinə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq niyyətindədir. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə quruma sorğu göndərilib.

Qətnamə layihəsinə əsasən ABŞ Şimali Koreyaya qarşı neft embarqosunun qoyulmasını, tekstil mallarının ixracının dayandırılmasını, Kim Çen İnin aktivlərinin dondurulmasını və onun xaricə səfərinin qadağan edilməsini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR