Ukrayna DİN: Lvovda baş vermiş partlayışlar terror aktı kimi qiymətləndirilir

Ukrayna DİN: Lvovda baş vermiş partlayışlar terror aktı kimi qiymətləndirilir
# 14 iyul 2015 12:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Lvov vilayəti üzrə baş idarəsinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Lvovda polis sahə məntəqələri yaxınlığında ardıcıllıqla iki partlayış baş verib. Ukrayna Daxili İşlər Nazirliyi bu partlayışları Zakarpatye vilayətindəki hadisələrlə əlaqələndirir. Xatırladaq ki, ötən bazar burada polis əməkdaşları ilə “Pravıy sektor” təşkilatının döyüşçüləri arasında atışma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR