Astanada Suriya nizamlanmasına dair danışıqların altıncı raundu başlayıb

Astanada Suriya nizamlanmasına dair danışıqların altıncı raundu başlayıb
# 13 sentyabr 2017 05:39 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanmasına dair danışıqların altıncı raundu başlayır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlarda atəşkəsə zamin ölkələrin (Rusiya, Türkiyə və İran) nümayəndələri, rəsmi Dəməşqin və Suriya müxalifətinin nümayəndə heyətləri, habelə BMT-nin xüsusi elçisi Staffan de Mistura iştirak edəcək. ABŞ və İordaniya danışıqlarda müşahidəçi qismində iştirak edir.

Bu gün atəşkəsə zamin ölkələrin nümayəndələrinin işçi qrupun toplantısı keçiriləcək. Danışıqların əsas mərhələsi 14-15 sentyabr tarixlərində keçiriləcək. Sentyabrın 15-də plenar iclas keçiriləcək.

Bundan əvvəlki raundlar yanvar, fevral, mart, may və iyulda keçirilib. Danışıqların əsas nəticəsi Suriyada atəşkəs rejiminin monitorinqi üzrə birgə əməliyyat qrupu barədə müddəanın razılaşdırılması və atəşkəsə zamin ölkələr arasında Suriyada təhlükəsizlik zonaların yaradılması haqqında memorandumun imzalanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR