Sona Vəliyeva: “”Kaspi” təhsil şirkəti həm də dövlətin təhsil siyasətinə dəstək olur” - FOTOSESSİYA - VİDEO

Sona Vəliyeva: “”Kaspi” təhsil şirkəti  həm də dövlətin təhsil siyasətinə dəstək olur” - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Kaspi” təhsil şirkəti tərəfindən 2014/2015-ci təhsil ilinə dair yekun hesabat və gələcək planlarla bağlı mətbuat konfransı keçirilib.

“Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev bildirib ki, şirkət fəaliyyətə başladığı vaxtdan etibarən hər il ictimaiyyətin qarşısında gördüyü işlərlə bağlı hesabat verir. Onun sözlərinə görə, artıq şirkətin regionlarda da mərkəzləri fəaliyyətə başlayıb: “Bugünkü tədbirin də mahiyyəti hesabat və gələcəkdəki işlər haqqında məlumat verməkdir. Yeni tədris ilindən Xətai rayonunda “Kaspi” liseyi və “Kaspi” uşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəz fəaliyyətə başlayacaq. Bildiyimiz kimi, Kaspinin ilk xidməti ingilis dili kursları olub. Bu ildən etibarən ingilis dili kursları Kembric Universitetinin imtahanları əsasında yoxlanılacaq və sonda verilən sertifikat isə beynəlxalq sertifikat kimi tanınacaq”.

“Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva isə çıxışında deyib ki, Kaspi öz fəaliyyəti ilə həm də dövlətin təhsil siyasətinə dəstək olur. O qeyd edib ki, Kaspi fəaliyyətə başladığı gündən bir çox layihələrə imza atıb, qısa müddətdə təhsil şirkəti statusunu alıb: “Biz bu status sayəsində şirkətin şəbəkəsini genişləndirdik, xeyli abituriyent sayına malik olduq. Şirkətdə abituriyentlərin təhsili ünün rahat şərait yaradılıb. Təsadüfi deyil ki, Azərbaycan universitetlərində təhsil alan 1600-ə yaxın tələbə “Kaspi”nin abituriyentləri olub. 380 nəfərə yaxın abituriyent isə xaricdə təhsil alıb, bəziləri isə qayıdaraq, mühüm vəzifələrdə çalışırlar”.

S. Vəliyeva şirkətin uğurlarından danışaraq bildirib ki, “Kaspi” təhsil mərkəzlərində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 98 faiz olub: “Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal bu il “Kaspi”də 450 bal olub. Bu tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici 685 bal, rus bölməsi üzrə isə 691 bal olub”.

Sonda yüksək nəticələr göstərmiş bütün tələbələrə S. Vəliyeva tərəfindən hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR