İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib

İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib
# 05 aprel 2018 15:30 (UTC +04:00)

Aprelin 1-5-də Tunisdə İslam İnkişaf Bankının Müdirlər Şurasının 43-cü İllik Toplantısı keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən S. Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, yaradılmış münbit iqtisadi şərait barədə məlumat verib, İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR