Bakıda qətl törədən şəxs yaxalanıb

Bakıda qətl törədən şəxs yaxalanıb
# 29 dekabr 2016 09:22 (UTC +04:00)

Bakı şəhərində qətl törətməkdə təqsirləndirilən daha bir nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Səbail Rayon Mühafizə İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Elnur Məmmədov yaxalanıb.

Qeyd edək ki, qətlin daha bir iştirakçısı Elçin Həsənov ötən gün saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR