Sabirabadda at arabası avtomobillə toqquşub

Sabirabadda at arabası avtomobillə toqquşub
# 28 iyul 2017 22:34 (UTC +04:00)

Sabirabadda at arabası avtomobillə toqquşub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Umudov İntiqam Hüseynağa oğlu at arabasını idarə edərkən minik avtomobilinin qarşısına çıxıb. Nəticədə arabaçı müxtəlif bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR