Ötən il aviaşirkətlər 3,7 mlrd. sərnişin daşıyıb

Ötən il aviaşirkətlər 3,7 mlrd. sərnişin daşıyıb
# 03 yanvar 2017 08:14 (UTC +04:00)

2016-cı ildə dünya üzrə aviadaşıyıcıların xidmətindən 3,7 mlrd. sərnişin istifadə edib ki, bu da yeni rekord olub. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Mülkü Aviasiya Təşkilatının (ICAO) yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, 2016-cı ilin yekunlarına görə əldə olunan göstərici 2015-ci illə müqayisədə 6% çoxdur.

Ötən il 35 mln. uçuş qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə 6,3% artıqdır. Beləliklə, ötən il səfər edən turistlərin yarısı hava nəqliyyatından istifadə edib.

Ümumilikdə, bu sektorda daşımaların 36%-i (2015-ci illə müqayisədə 6,3% artım) Avropanın, 29%-i (8%-lik artım) Asiya-Sakit okean bazarının, 15%-i Yaxın Şərqin (11,2%-lik artım), 13%-i Şimali Amerikanın (3,5%-lik artım) payına düşür.

Ötən il aviaşirkətlərin ümumi əməliyyat gəlirləri 60 mlrd. dollar olub. 2015-ci ildə bu göstərici 58 mlrd. dollar idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR