“Alov qüllələri”ndə taktiki təlim keçiriləcək

“Alov qüllələri”ndə taktiki təlim keçiriləcək
# 18 sentyabr 2017 12:44 (UTC +04:00)

“Alov qüllələri” kompleksində taktiki təlim keçiriləcək.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcək.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR