ATƏT DTUHB-nin missiyası parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər

ATƏT DTUHB-nin missiyası parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşüblər
# 12 avqust 2015 15:34 (UTC +04:00)

Bakı. Mübariz Aslanov -APA. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan ehtiyacları qiymətləndirmə missiyası bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət qurucuıuğu komitəsinin üzvləri ilə görüşüblər.

Görüşdə iştirak edən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev APA-ya deyib ki, görüşdə ölkədəki seçkiqabağı vəziyyət, seçki qanunvericiliyi, siyasi partiyaların seçkidə iştirak ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı ehtiyacları qiymətləndirmə missiyasının Azərbaycana səfəri avqustun 11-də başlayıb və bir həftə davam edəcək.

Missiyanın Azәrbaycanda seçkilәrlә bağlı maraqlı tәrәflәr, o cümlәdәn hakimiyyәt vә siyasi partiya nümayәndәlәri, müstәqil namizәdlәr, vәtәndaş cәmiyyәti üzvlәri vә media nümayәndәlәri ilә görüşәcәyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR