Bakıdakı 307 saylı məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

Bakıdakı 307 saylı məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub
# 01 iyun 2018 17:05 (UTC +04:00)

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. APA TV-nin məlumatına görə, Bakıdakı 307 saylı tam orta məktəbdə "Uşaqları qoruyaq!" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb. Daha sonra Cümhuriyyətin 100 illik yubileyi münasibətilə şagirdlər mahnı oxuyub, maraqlı səhnəciklər nümayiş etdirib, rəqs nümunələri göstəriblər: "Uşaqlar doğurdan da bizim gələcəyimizdir. Uşaqlarımızın gələcəyi ölkəmizin inkişafına bağlıdır. Bu gün bütün dünya ölkələrinə nəzər yetirsək, görərik ki, xüsusilə də müharibə gedən ölkələrdə uşaqların haqqı-hüququ tapdalanır, aclığa-susuzluğa məruz qalırlar. Biz də ölkə olaraq heç vaxt istəmərik ki, bizim uşaqlar da belə aclığa, kimsəsizliyə məruz qalsınlar. "Mən xalqımızın, dünyanın uşaqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Uşaqlar məktəbə tək elm öyrənməyə gəlmirlər. Biz çalışırıq ki, onların dünya görüşünü də inkişaf elətdirək. Dünya görüşünün də inkişaf etdirilməsi üçün belə tədbirlərin keçirilməsi vacibdir. Bu da biz müəllimlərin öhdəsinə düşür".

Şagirdlərin hamısının bircə arzusu var. Azad, firavan yaşamaq, müharibələrdən uzaq olmaq:

- Mən bütün uşaqları təbrik edirəm. Mən də uşağam, istəyirəm ki, müharibə olmasın, hər zaman sülh olsun.


- Bu gün hər bir uşağın bayramıdır. Hər bir uşağı təbrik edirəm. Biz istəmirik ki, dünyada müharibə olsun. Hər bir uşaq sağlam yaşasın.

"Bu gün 1 iyun münasibətilə bütün uşaqları təbrik edirəm. Mən istəyirəm ki, bütün yetim uşaqların qayğısına qalsınlar.

Qeyd edək ki, bu gün həm də 307 saylı məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü idi.

Uşaqlar həm bu günümüzün, həm də sabahımızın qəhrəmanlarıdır. Bayramınız mübarək olsun, əziz uşaqlar!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR