Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı rus qadın saxlanılıb

Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı rus qadın saxlanılıb
# 06 mart 2017 08:56 (UTC +04:00)

Türkiyədə Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mert Mövlud Altıntaşla əlaqəsi olduğu ehtimal edilən rus qadın saxlanılıb.

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, 33 yaşlı Yekaterina adlı qadının noyabr ayında M. Altıntaşla bir neçə dəfə telefonla danışdığı və “WhatsApp” vasitəsi ilə mesajlaşdığı ortaya çıxıb.

Məlumata əsasən həmin şəxs Türkiyədə qadın alveri ilə məşğul olub.

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR