Biləsuvarda kafe yanıb

Biləsuvarda kafe yanıb
# 27 fevral 2017 02:12 (UTC +04:00)

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 40 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR