Rusiya XİN: Suriyada İdlib şəhərinə endirilən hava zərbələri ilə Rusiyanın əlaqəsi yoxdur

Rusiya XİN: Suriyada İdlib şəhərinə endirilən hava zərbələri ilə Rusiyanın əlaqəsi yoxdur
# 27 oktyabr 2016 13:47 (UTC +04:00)

“Suriyanın İdlib şəhərinə endirilən hava zərbələri ilə Rusiyanın heç bir əlaqəsi yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O deyib ki, Qərb mətbuatında İdlibə çoxlu sayda insan tələfatı ilə nəticələnən aviazərbələrin Rusiya və Suriya tərəfindən endirildiyi barədə xəbərlər yayılıb: “Bu məlumatlar yalandır. Rusiya və Suriya hərbi aviasiyasının bu aviazərbələrlə heç bir əlaqəsi yoxdur”.


M. Zaxarova Rusiya Müdafiə Nazirliyinin də bu barədə məlumat yayacağını söyləyib.


Qeyd edək ki, Suriyanın İdlib şəhərinin bombardman edilməsi ncəsində 22 məktəbli və 6 müəllim ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR