BMT baş katibi: “İsrail-Fələstin münaqişəsi ilə bağlı “B” planı mövcud deyil”

BMT baş katibi: “İsrail-Fələstin münaqişəsi ilə bağlı “B” planı mövcud deyil”
# 16 fevral 2017 08:36 (UTC +04:00)

“İsrail-Fələstin münaqişəsinin nizamlanması ilə bağlı alternativ “B” planı mövcud deyil. Danışıqlar iki dövlətin yaradılması qərarı əsasında bərpa olunmalıdır”.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Antonio Quterreş Misirə etdiyi rəsmi səfər çərçivəsində deyib.

“İsraillilər ilə fələstinlilər arasındakı vəziyyətə aid məsələdə biz yekdil mövqedəyik. Heç bir “B” planı mövcud deyil. Ancaq iki dövlət barədə qərar var və əlimizdən gələni etməliyik ki, bu qərarın reallaşması imkanları qalsın”, – deyə A. Quterreş bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR