Azərbaycanda axtarışda olan 20 nəfər tutulub

Azərbaycanda axtarışda olan 20 nəfər tutulub
# 22 fevral 2019 10:29 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 23 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR