Naxçıvanda valideynlərini itirmiş uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşdirilib

Naxçıvanda valideynlərini itirmiş uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşdirilib
# 27 yanvar 2018 08:19 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görməlidir.

Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə aşağıdakı tədbirlər görüləcək:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 36 manat müavinət veriləcək;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət ümumi təhsil, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman qanunvericiliyə uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 27.5 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunacaq;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil xərcləri” bölməsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR