Bakıda sürücüyə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bakıda sürücüyə qarşı quldurluq edən şəxslərə hökm oxunub
# 30 yanvar 2017 08:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 14-də saat 03 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində naməlum şəxs Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çınqıl alacağı adı ilə Yaşma bağlar sahəsinə gedib. Orada digər maskalı 3 şəxslə birgə sürücünü döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq 4000 manat pulunu alıb hadisə yerini tərk ediblər.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR