Türkiyədə sosial şəbəkələrdə ekstremizmin təbliğatına görə 1656 nəfər həbs edilib

Türkiyədə sosial şəbəkələrdə ekstremizmin təbliğatına görə 1656 nəfər həbs edilib
# 25 dekabr 2016 00:22 (UTC +04:00)

Türkiyədə sosial şəbəkələrdə terrorun təbliğatına görə son altı ay ərzində 1656 nəfər həbs edilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə DİN-nin məlumatında bildirilir.

“Yarım il ərzində sosial şəbəkələrdə terroru təbliğ etməkdə şübhəli bilinən 3 710 nəfərə qarşı istintaq tədbirləri görülüb, 1656 nəfərə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, 1203 nəfərə şərti cəza, 767 nəfər dindirilmələrdən sonra sərbəst buraxılıb. 84 nəfər barəsində istintaq davam etdirilir”, - deyə DİN rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR