İstefa verən Əfqanıstan prezidenti Əşrəf Qani “Taliban” hərəkatının Kabilə hücum etməyə hazırlaşdığını, buna görə də qırğının qarşısını almaq üçün vəzifəsindən getmək barədə qərar verdiyini açıqlayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, şəxsi “Facebook” səhifəsində yazıb.
“Taliban” açıq şəkildə bəyan etdi ki, məni hakimiyyətdən devirmək üçün bütünlüklə Kabilə hücum etməyə hazırdırlar. Qırğınların qarşısını almaq üçün getmək qərarına gəldim”, - Qani belə deyib.