Bank Of Baku

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib

Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
# 13 iyun 2026 18:28 (UTC +04:00)

Qətər ölkə banklarında İrana aid dondurulmuş 24 milyard dolların taleyi ilə bağlı danışıqlar prosesində yaranmış dalandan çıxmaq məqsədilə Tehrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Təklifə əsasən, 6 milyard dollar Qətərdə dondurulmuş İran aktivlərinin azad edilməsi hesabına təmin olunacaq, digər 6 milyard dollar isə kredit və ya kredit xətti şəklində verilə bilər.

Eyni zamanda əvvəlcədən razılaşdırılmış məhdudiyyətlər qüvvədə qalır: azad edilən 6 milyard dollar yalnız 2023-cü ildə İran və ABŞ arasında razılaşma çərçivəsində humanitar məqsədlər üçün istifadə oluna bilər.

Əlavə 6 milyard dollarlıq kredit xəttinin isə İran tərəfindən sərbəst şəkildə istifadə edilə biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR