İki bacı dəm qazından zəhərlənib, onlardan biri ölüb - YENİLƏNİB

İki bacı dəm qazından zəhərlənib, onlardan biri ölüb - <span style="color: red;">YENİLƏNİB
# 28 noyabr 2016 07:03 (UTC +04:00)

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi, ev 109, mənzil 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Qumru Əlirza qızı Qurbanova və bacısı, 1960-cı il təvəllüdlü Gülnar Əlirza qızı Qurbanova yaşadığı evdə dəm qazından zəhərləniblər. Q. Qurbanova ölüb, bacısı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR