Mərakeşdə silahlı şəxs 11 nəfəri yaralayıb

Mərakeşdə silahlı şəxs 11 nəfəri yaralayıb
# 12 mart 2019 03:48 (UTC +04:00)

Mərakeşin cənubunda yerləşən Quelmim şəhərində silahlı şəxs insanlara atəş açıb. ONA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə krallığın təhlükəsizlik orqanlarına yaxın bir mənbə xəbər yayıb.

İnsident nəticəsində 11 nəfərin xəsarət aldığı deyilir.

"Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. Onların arasında polis kapitanı da var”, - deyə mənbə bildirib.

Qeyd edək ki, oxşar hadisələr Mərakeşin cənubi səhralıq rayonlarında nadir hallarda baş verir. Təhlükəsizlik qüvvələri Polisario cəbhəsi ətrafında gedən konfliktlə əlaqədar həmin ərazilərdə daima gücləndirilmiş tədbirlər həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR