Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq

Peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrlar hazırlanacaq
# 12 fevral 2018 20:22 (UTC +04:00)

Azərbaycanda 2018–2027-ci illərdə peşə-ixtisas və ali təhsil müəssisələrində çayçılıq sahəsi üçün ixtisaslı kadrların hazırlanması təşkil ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.


Dövlət Proqramına əsasən Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi bu sahədə qarşıya qoyulmuş vəzifəni icra etməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası isə 2018–2027-ci illərdə yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi üçün dumanyaradıcı qurğularla təminatın yaxşılaşdırılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR