Elmi fəaliyyətin kommersiyalaşdırılması üçün Daimi Şura yaradılacaq

Elmi fəaliyyətin kommersiyalaşdırılması üçün Daimi Şura yaradılacaq
# 21 dekabr 2016 10:32 (UTC +04:00)

“Bu gün ali təhsil müəssisələrində elmin maliyyələşdirilməsi mexanizmi mövcud deyil. Mövcud sahədə dövlət siyasətinin alətlər və resurslarla dəstəklənməsinə ehtiyac var”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib.

M. Cabbarov elmi innovasiya fəaliyyətinin kommersiyalaşdırılmasını təmin etmək məqsədilə Daimi Şuranın təsis olunmasını təklif edib. Nazir qeyd edib ki, səmərəli elmi tədqiqat aparmağı təmin etmək üçün ali təhsil və elmi-tədqiqat müəssisələrinin müştərək istifadə edə biləcəyi elmi-tədqiqat laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, belə mərkəzlərin yaradılması maliyyə vəsaitlərinə qənaət edilməsinə, birgə fənlərarası tədqiqatların sayının və keyfiyyətinin artmasına aparılmasına şərait yaradacaq.

M. Cabbarov AMEA-nın magistratura pilləsinə ayrılan yerlərin sayını da açıqlayıb: “2015-ci ildə AMEA magistraturasına 7 ixtisas üzrə 20 yer, 2016-cı ildə 19 ixtisas üzrə 63 yer ayrılıb. 2017-ci ildə magistraturaya 31 ixtisas üzrə 133 yerin ayrılması planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR