Nigeriyada gəminin aşması nəticəsində 22 nəfər ölüb

Nigeriyada gəminin aşması nəticəsində 22 nəfər ölüb
# 05 oktyabr 2017 07:14 (UTC +04:00)

Nigeriyanın şimal-qərbində gəminin aşması nəticəsində 22 nəfər ölüb.


APA-nın “PM News Nigeria” nəşrinə istinadən verdiyi xəbərə görə, hadisənin hansı səbəbdən baş verdiyi dəqiq bilinməsə də, gəminin çox yükləndiyi ehtimal edilir.

Gəmidə olan sərnişinlərdən yeddisini xilas etmək mümkün olub. Sağ qalanların dediyinə görə, gəmi toqquşma nəticəsində aşıb.

Hələlik faciənin əsl səbəbi, ölənlər və xəsarət alanların dəqiq sayı barədə məlumat yoxdur. Ölənlərin sayının artacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR