UNİCEF İraq və Suriyada olan azərbaycanlı uşaqların reabilitasiyasına kömək edə bilər

UNİCEF İraq və Suriyada olan azərbaycanlı uşaqların reabilitasiyasına kömək edə bilər
# 06 mart 2018 08:26 (UTC +04:00)

“Suriya və İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması ilə bağlı bizə nə Azərbaycan hökuməti, nə də ki müvafiq dövlət orqanları tərəfindən müraciət edilməyib, lakin biz bu məsələni nəzarətdə saxlayırıq”.

Bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin APA-ya müsahibəsində deyib.

Oradakı uşaqların yaxın zamanda Azərbaycana gətiriləcəyi ilə bağlı məlumatlı olduğunu deyən E. Karvardin bildirib ki, bir müddət öncə məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb: “Onunla görüş zamanı bildirdim ki, bu uşaqlar münaqişə qurbanlarıdır, onların münaqişədən zərər çəkdiklərini birmənalı şəkildə qəbul etməliyik. Uşaqlar təhlükəsiz şəkildə geri qaytarıldıqdan sonra onların reabilitasiyası, psixoloji yardım göstərilməsi, normal həyata qayıtmasına kömək etmək prioritet məsələ olmalıdır. Biz bu məsələlərdə müəyyən köməklik göstərə bilərik. Hökumətdən olan tərəfdaşlarımızın bu uşaqların təhlükəsiz qayıdışından sonra onların reabilitasiyası məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi ilə razılaşdıqları üçün məmnunam. Hesab edirəm ki, uşaqlar geri qaytarıldıqdan sonra görüləcək tədbirlərə bizim cəlb olunmağımız ehtimal edilir. Təşkilatımızın bu işə cəlb olunması nəzərdə tutulsa, müəyyən təkliflər verilərsə, biz bu təklifləri nəzərdə keçirib münasibətimizi bildirərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR