“Bank VTB (Azərbaycan)” tender elan edib

“Bank VTB (Azərbaycan)” tender elan edib
# 10 noyabr 2016 08:23 (UTC +04:00)

“Bank VTB (Azərbaycan)” ASC-nin POS-terminalların alınması ilə əlaqədar açıq tender elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tender sənədləri ilə bankın Xətai prospekti, 38, Messenat Plaza, AZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 14 noyabr 2016-cı il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, AZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR