Məhkəmə İspaniya Futbol Federasiyasının prezidenti barəsində qərar çıxarıb

Məhkəmə İspaniya Futbol Federasiyasının prezidenti barəsində qərar çıxarıb
# 01 avqust 2017 00:21 (UTC +04:00)

İspaniya məhkəməsi ölkənin Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarı sərbəst buraxıb. Apasport.az saytının məlumatına görə, o, vəzifəsindən sui-istifadədə və korrupsiyada ittiham olunaraq bir müddət öncə həbs edilmişdi.

Yerli mətbuatda gedən xəbərlərdə artıq federasiya prezidentliyindən də uzaqlaşdırılmış Vilyarı məhkəmə 300 min avroluq girov müqabilində azadlığa buraxmaqla bağlı qərar qəbul etdiyi bildirilib.

Amma o, hər həftə məhkəməyə gəlməlidir. Sabiq prezidentin pasportu əlindən alınıb. Vilyara bundan sonra onun harada olduğunu göstərəcək mobil telefon da verilib. Yalnız bu şərtlərdən sonra onun sərbəst buraxılmasına razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR