Bank Of Baku

Azərbaycan bu il Avropaya 774 mln. dollarlıq qaz ixrac edib

Azərbaycan bu il Avropaya 774 mln. dollarlıq qaz ixrac edib
# 16 avqust 2021 13:30 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Avropaya 773 711,28 min ABŞ dolları dəyərində 3 040 577 720 kubmetr həcmində qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Avropaya ixrac edilən qazın 2 561 584 640 kubmetri (658 300,34 min dollar dəyərində) İtaliyanın, 344 085 150 kubmetri (96 100,99 min dollar) Yunanıstanın, 134 907 930 kubmetri isə (19 309,95 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 974 456,63 min dollarlıq 6 793 223 800 kubmetr qaz ixrac edib. Yanvar-iyul aylarında Azərbaycan Gürcüstana 261 704,04 min dollar dəyərində 2 094 456 690 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 043,03 min dollar dəyərində 132 864 620  kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR