Bank Of Baku

Prezident İlham Əliyev: Orta Dəhlizin bir hissəsi olacaq TRIPP-i regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük

Prezident İlham Əliyev: Orta Dəhlizin bir hissəsi olacaq TRIPP-i regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük
# 15 iyun 2026 00:14 (UTC +04:00)

“Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsindəki qətiyyətinizə görə də sizə minnətdarıq. Vaşinqtonda sizin iştirakınızla imzalanmış Üçtərəfli Birgə Bəyannamə, eləcə də Ermənistanla Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Sazişin paraflanması sülh quruculuğu istiqamətində ardıcıl səylərinizin nəticəsidir”.

APA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 80 illiyi münasibətilə ünvanladığı təbrikində qeyd edib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib:

“Eyni zamanda, Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin edəcək və Orta Dəhlizin bir hissəsi olacaq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”nu (TRIPP) regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR