Bank Of Baku

Zelenski Ukraynada seçkilərin keçirilməsinə mümkün variant kimi baxır

Zelenski Ukraynada seçkilərin keçirilməsinə mümkün variant kimi baxır
# 06 noyabr 2026 06:38 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə onlayn formatda seçkilərin keçirilməsi imkanını nəzərdən keçirə biləcəklərini bildirib.

APA xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsi zamanı danışıb.

Zelenskinin sözlərinə görə, bunun üçün Ali Rada müvafiq hüquqi mexanizm hazırlamalıdır.

Prezident qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hərbçiləri səsvermədə iştirak edə bilmədikləri üçün seçkilərin keçirilməsinə qarşıdırlar.

“Xəndəklərdə milyonlarla insan var və onların səsverməsini texniki cəhətdən təşkil edə bilmirik. Hərbçilərin səs verə bilmədiyi seçkilərin keçirilməsi ədalətsizlikdir. Bu, yüz faiz ədalətsizlikdir”, – Zelenski bildirib.

Ukrayna lideri iddia edib ki, Vaşinqton Moskva ilə atəşkəs barədə danışıqlar apara bilsə, o, qışda seçkilər keçirməyə hazırdır.

"Mən amerikalılara dedim: ruslarla qış atəşkəsi barədə danışıqlar apara bilərsiniz. O zaman insanlar elektrik enerjisi və su ilə təmin olunacaqlar. Əgər ABŞ-da hər kəs məni dəyişmək istəsə, həmin müddət ərzində seçkilər də keçirə bilərik. Bəlkə də indi vəziyyət dəyişəcək, amma o vaxtlar bu, əlbəttə ki, mümkün idi. Deməli, şans var idi", - Zelenski əlavə edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Ukraynada seçkilərin keçirilməsi məsələsinin vacib olduğunu, lakin bunun müharibənin davam etməsinin əsas səbəbi olmadığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR